Milyonlarla insan...


Baxıldı : 191

Tarix : 2015-01-24 04:53:00


şəhidlik zirvəsinə yüksəlməyə hazır idi\ Azərsu\ Açıq Səhmdar Cəmiyyətində (ASC) 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (STİHİ RK) sədri Akif Məmmədov çıxış edərək 19 yanvar gecəsini xalqımızın azadlıq mübarizəsinin qələbəylə nəticələnən sonluğu adlandırdı. \ Bu qələbə bizə baha başa gəldi\ , - dedi. - \ Yüzdən çox həmvətənimizin canı alındı. Yüzlərlə azadlıq fədaisi itkin sayıldı, ağır yara aldı. Onların minlərlə ailə üzvü oğulsuz, atasız, anasız qaldı.Qürur doğuran haldır ki, qanlı yanvar gecəsinin səhəri milyondan çox Azərbaycan vətəndaşı şəhidlərinin tabutunu çiyninə alaraq müsəlman qaydası ilə dəfn etdi. Bu o demək idi ki, milyonlarla insan şəhidlik zirvəsinə yüksəlməyə hazır olduğunu imperiyaya göstərdi”.Akif müəllim sonra dedi: 20 Yanvar şəhidləri sırasında \ Azərsu\ ASC-nin də işçilərindən var idi. Keçmiş işçimiz Cəbrayıl Xanməmmədov xalqın, vətəninin azadlığını canından əziz bildi. İşçilərimizdən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyev ağır yara almışdılar”.ASC sədrinin birinci müavini Teyyub Cabbarov da çıxışında imperiya ordusunun Bakıda, bölgələrimizdə törətdiyi qırğınları XX əsrin ən böyük cinayətlərindən biri kimi xarakterizə etdi. Dedi ki, bəlkə də bu faciədən dünya xəbərsiz qalacaqdı.Ümummilli liderimiz Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyində həyatını təhlükəyə qoyaraq bütün dünyaya imperiya ordusunun Bakıda törətdiyi vəhşilik barədə bəyanat verdi. SSRİ rəhbəri Mixail Qorbaçovu xalqımızın qatili adlandırdı. Ümummilli liderin imperiyanın mərkəzində etdiyi cəsarətli çıxış Azərbaycanda gedən müstəqillik hərəkatına əlavə impuls verdi.Tədbirə dəvət olunmuş tarix elmləri doktoru, professor Vəkil Həsənov dedi ki, 20 Yanvar hadisələri böyük bir geosiyasi prosesin başlanğıcı oldu: \ Bu bəşəri cinayətin törədilməsi ilə SSRİ kimi bir imperiyanın çökməsi reallaşdı. Bu qanlı hadisə sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi\ .20 Yanvar əlili Hüseyn Quliyev, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər.Sonda şəhid C.Xanməmmədovun ailəsinə və 20 yanvarda yaralanmış işçilərin hər birinə tədbirin təşkilatçısı - STİ Hİ Respublika Komitəsi tərəfindən 500 manat həcmində nağd pul verildi.B.RZAYEV