Minifutbol çempionatı başa çatıb


Baxıldı : 84

Tarix : 2017-06-09 20:36:53


İqtisadiyyat Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol çempionatı başa çatıb.

Mayın 13-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi qurumlarının 14 komandası iştirak edib. Final görüşündə "Azərlotereya" ASC-yə qalib gələn "Təmiz Şəhər" ASC -nin təmsilçilərinə kubok və pul mükafatı təqdim edilib. Həmçinin ilk dörd yeri tutan komandalara və ayrı-ayrı nominasiyalar üzrə fərqlənən idmançılara Fəxri Fərman, pul mükafatı və hədiyyələr verilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin qurumları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Qurtuluş Gününə həsr olunan mini-futbol turniri 2009-cu ildən etibarən hər il təşkil olunur.

Azər MUSTAFAYEV