Minifutbol çempionatı yekunlaşıb


Baxıldı : 37

Tarix : 2017-10-27 22:57:44


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı, Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Texniki İdman Klubunun birgə təşkilatçılığı ilə universitetin fakültələri arasında keçirilən minifutbol  çempionatına yekun vurulub.

"Maşınqayırma" fakültəsinin komandası çempionatın qalibi adını qazanıb. "Mühəndis Biznesi və Menecment" fakültəsinin komandası II yeri tutub. "Nəqliyyat" fakültəsinin komandası isə III yerlə kifayətlənib.

Sonda qaliblərə diplom, medal və kuboklar təqdim edilib.

Azər MUSTAFAYEV