Minifutbol turniri keçirilib


Baxıldı : 60

Tarix : 2017-09-23 00:47:03


Sumqayıt Texnologiyalar Parkının (STP) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə müəssisədaxili minifutbol turniri keçirilib. 15 komandanın iştirak etdiyi yarışda, dörd qrupda ilk iki yeri tutanlar növbəti mərhələdə mübarizə aparmaq şansı əldə edib. 

Turnirin final görüşündə "Mütəxəssislər" və "Energetika" komandaları üz-üzə gəlib. Rəqibi 6:3 hesabı ilə məğlub edən "Mütəxəssislər" yarışın qalibi adını qazanıb.

III yer uğrunda mübarizədə isə mühafizə dəstəsinin "HMD" kollektivi "Avtomatika" komandasından üstün olub.

Sonda mükafatlandırılma mərasimi keçirilib. STP rəhbərliyi və HİK qalibləri diplom və kubokla təltif edib.

Azər MUSTAFAYEV