Minifutbol üzrə çempionat keçirilib


Baxıldı : 108

Tarix : 2017-04-14 22:46:24


Aprelin 3-7-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri  Həmkarlar İttifaqının və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə minifutbol üzrə çempionat keçirilib. FHN DMYX-nin idarə və hissələrini təmsil edən 19 komanda çempionluq uğrunda mübarizə aparıb. DMYX-nin İdman-Məşq Kompleksində baş tutan yarışın yekununda  Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin komandası 1-ci yerə, Yasamal və Xətai rayon dövlət yanğından mühafizə hissələrinin komandaları müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüb.

Sonda FHN İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılov və FHN DYMX-nin rəis müavini Rasim Kərimovun iştirakı ilə qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

 

 

 

A. Mustafayev