Minifutbol üzrə yarışlar başa çatıb


Baxıldı : 112

Tarix : 2018-05-12 03:55:15


Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin və “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi İdarə Heyətinin birgə qərarına əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş sahə həmkarlar ittifaqı təşkilatlarının komandaları arasında keçirilən minifutbol üzrə yarışlar başa çatıb.

Qeyd edək ki, Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin meydançalarında keçirilən yarışlarda 10 komanda iştirak edib. Finala çıxan İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Dənizkənarı Bulvar İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin komandaları eyni səviyyəli oyun nümayiş etdiriblər. Buna görə də oyunların ümumi nəticələri  nəzərə alınmaqla baxımlı futbol görüşü sərgilədiklərinə görə hər iki komanda qalib adına layiq görülüb. 

Mükafatlandırılma mərasimində çıxış edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Sonra fəxri yer tutmuş iştirakçılara mükafatlar verilib.

Yarışın qalibləri kubok, pul mükafatı və fəxri fərmanlarla təltif olunublar.