MİNNƏTDARLIQ


Baxıldı : 73

Tarix : 2018-08-03 20:07:12


İyul ayının 1-dən 15-dək “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Şəki” İstirahət Mərkəzində dincəldik. Tək Şəkinin gözəlliyindən deyil, bizə hər cür qayğı göstərən kollektivin də işindən çox razı qaldıq. Bu gözəl istirahətə görə kollektivə dərin təşəkkürümüzü bildiririk. Yaradılmış hər cür şərait, münasib qiymətə əldə etdiyimiz göndərişlər bizə yaxşı istirahət etmək imkanı verdi.

Dövlətimizin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili  Səttar Möhbalıyevin diqqət və qayğısından çox məmnunuq.

 

Dərin hörmətlə,

Eldar QURBAN,

Azərbaycan Respublikasının Əməkdar rəssamı,

Rəna MƏMMƏDOVA,

Rəssamlar İttifaqının üzvü

Səhhətimdə müəyyən problemlər yaranmışdı. Göndərişlə “Qaranquş” sanatoriyasında oldum. Lazım olan müalicəni götürə bildim. İndi səhhətim yaxşılaşmışdır. Bu, sanatoriyanın bütün tibb işçilərinin qayğısı nəticəsində mümkün oldu. Verilən yeməklərin çeşidliliyi və keyfiyyətinə də söz ola bilməzdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun sədri, millət vəkili hörmətli Səttar Möhbalıyev belə bir sağlamlıq ocağını xalqın ixtiyarına verdiyinə görə ən yüksək tərifə layiqdir.

Hörmətli Səttar müəllim, hər bir Azərbaycan vətəndaşının sağlamlığına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

 

Hörmətlə,

Əsədulla ƏLİYEV,

“Qızıl qələm” mükafatı laureatı