Minnətdarlıq etməyi özlərinə borc bildilər


Baxıldı : 96

Tarix : 2019-08-09 17:41:24


Sahə həmkarlar ittifaqı əməkdaşlarının, üzvlərinin yay qayğıları bu il də diqqətdə saxlanılıb. İyul ayının əvvəlindən bəri minlərlə ittifaq üzvünün sanatoriya və kurortlarda müalicəsi, respublikamızın dilbər guşələrində istirahəti təşkil olunub. Rayon, şəhər və ilk təşkilatların təşkilatçılığı, maliyyə dəstəyi sayəsində xidmətimizdə olan müəssisələrin işçiləri, onların ailə üzvləri Nabrandakı “Xəzər” İstirahət Mərkəzində, “Şahdağ” İstirahət Evində, Qubada, Qəbələdə və digər gözəl təbiətə malik, hər cür şəraiti olan məkanlarda yaddaqalan günlər yaşayıblar. 2-3 günlük turist səfərlərinə göndərilənlərin sayı daha çox olmuşdur. Yenicə turist səfərindən qayıdan “Sami” MMC-nin, “Turanbank” MMC-nin işçiləri hələ də Nabranın onlara bəxş etdiyi təəssüratlardan ayrıla bilmirlər.

Turist qruplarından birinin tərkibində dincəlmiş Elmar Talıbov və Nailə Sultanova belə səfərlərin mənəvi tərəfi də olduğunu söylədilər. Dedilər ki, ilk növbədə vətənimizin gözəlliyinin, təbiətimizin rəngarəngliyinin əyani şahidi olur və qürur hissi keçirirsən. Bütün varlığınla dərk edirsən ki, belə bir vətəni sevməmək, qorumamaq qeyri-mümkündür. Elmar da, Nailə də bu səfərlərin təşkilinə görə “Xidmət-İş” Hİ Federasiyasına minnətdarlıq etməyi özlərinə borc bildiklərini söylədilər.