Miqrantların hüquqları qorunmalıdır


Baxıldı : 167

Tarix : 2017-11-24 23:13:34


İsveçrə Təhsil İşçiləri Həmkarlar İttifaqı (İTİHİ) nümayəndələri 20 Noyabr- Dünya Uşaq Günü ilə əlaqədar miqrant uşaqların və onların ailələrinin qəbul edilməsi və sosial təminatı üçün hökumətə müraciət edib.  İTİHİ-nin baş katibi Fransizka Paterhans uşaqların və yurdlarından köçməyə məcbur edilən miqrantların hüquqlarını qorumaq üçün qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi tədbirə qatılıb. O, burada çıxışı zamanı sığınacaq istəyən miqrantların sənədlərinin qəbulu, uşaqların təhsilə və tibbi müayinəyə cəlbi barədə məsələlərə toxunaraq hökumətdən yardım istəyib.

Tədbirin sonunda 200 təşkilat və 33 min iştirakçı "Dublin çağırışı"nı imzalayıb. Bu sənədin bir sıra yerli və beynəlxalq təşkilat tərəfindən dəstəkləndiyi vurğulanıb. Beynəlxalq Təhsil İşçiləri Federasiyasının nümayəndələri də çağırışa müsbət yanaşıb.

Son zamanlarda qlobal problem olan miqrasiya məsələsi İsveçrənin də bu yöndə siyasətinə təsir edib. Nəticədə miqrant ailələrin ölkədən çıxarılması halları artıb. Bu vəziyyət uşaqların ailələrindən uzaq düşməsinə və ya təhsilini yarımçıq buraxmasına gətirib çıxarır.  Hökumətin miqrantlara qarşı bu siyasətinin dəyişməməsi qeyri-hökumət təşkilatlarını  müəyyən addımlar atmağa sövq edib. 

Cavid SƏFƏROV