Miqrantların sosial və mədəni inkişafına şərait yaradılmalıdır


Baxıldı : 254

Tarix : 2018-02-24 01:07:54


20 fevral-Dünya Sosial Ədalət Günü ilə əlaqədar Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayder miqrant içilərin hazırkı vəziyyəti və qarşıya çıxan problemlər barədə  mətbuata açıqlama verib.

O bildirib ki, bu gün ayrıseçkilik və şiddətlə üz-üzə qalan 150 milyona yaxın miqrant işçilərə diqqət ayırmalıyıq. “Onların 44 faizi qadınlardır.  Miqrantların əksəriyyəti birbaşa,  yaxud dolayı yolla yaxşı iş şəraiti axtarışı ilə öz yurdlarını tərk etməli olurlar. Ancaq onların əksəriyyəti daha az maaşla və əmək şəraiti standartlardan aşağı olan yerlərdə işləməyə məcbur qalır. Bütün çalışanlar kimi miqrant işçilər də iş yerində lazımi hörməti görməlidir. Bu cəmiyyətin sosial sferasını qorumaq üçün vacibdir. İşlə bağlı xarici ölkələrə köçən ailələrin cəmiyyətdə istər iqtisadi, istərsə də mədəni baxımdan inkişafı üçün onlara fürsət verilməlidir. Rəhbərlik etdiyim qurumun bu yöndə apardığı çalışmalar və hazırladığı sənədlər bu gün miqrasiyanın daha çox olduğu ölkələr üçün yararlı ola bilər. BƏT ədalətli miqrasiyanın istər qlobal, istərsə də regional səviyyədə qəbuluna təşviq edir. 2016-cı ildə BMT miqrasiya prosesini yaxşılaşdırmaq və onların qarşılaşdıqları zorluqları aradan qaldırmaq üçün Təhlükəsiz və Davamlı Köç üzrə Qlobal Sözləşmə tərtib etməyə qərar verib. Düşünürəm ki, bu sözləşmənin miqrasiya problemi ilə üz-üzə qalan dövlətlər tərəfindən tətbiqi və inkişaf etdirilməsi gələcəkdə işçi miqrantların istiqamətinə təsir edən bir vasitə olacaq”.