Misirdə yeni ehram


Baxıldı : 320

Tarix : 2015-03-06 02:34:00


Misir hökuməti yenidən ehram tikmək qərarına gəlib. Misirin yaşayış fondu naziri Mustafa Madbulinin verdiyi məlumata görə, hökumət göydələn-ehram tikməyi planlaşdırır.Ehram Misirin qərb hissəsində yerləşən Şeyx-Zayed əyalətində tikiləcək. Müasir ehram \ əcdadlarının\ yerləşdiyi Giza şəhərinin yaxınlığında yerləşəcək.Çoxmərtəbəli ehramın hündürlüyü 200 metrdir. Özülünün sahəsi isə 798 min kvadratmetrdir. Bu bina Misirin ən hündür tikilisi olacaq.Şüşədən inşa olunan ehram inzibati, kommersiya və əyləncə məqsədləri üçün istifadə olunacaq.CAVİD