Əmlakın qeydiyyatı da bir pəncərə\ dən aparılacaq


Baxıldı : 311

Tarix : 2015-10-02 06:56:00


Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin qeydiyyatı, daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki sənədlərin tərtibində \ bir pəncərə\ prinsipinin tətbiqinə başlayıb. Artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda - komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra biləcəklər. Bununla da torpaqların ilkin qeydiyyatı zamanı bir neçə ünvana müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxmış olacaq. \ Bir pəncərə\ prinsipinin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunacaq.Komitədən bildirildiyinə görə, bundan sonra vətəndaşlar Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdikdən sonra əvvəlki prosedura əsasən tələb olunan əlavə heç bir sənədləşdirmə işi ilə məşğul olmur və buna vaxt sərf etməyəcəklər. Yalnız müəyyən olunmuş vaxtda ərazi idarəsinə gələrək dövlət reyestrindən çıxarışını götürəcəklər. Reyestr Xidməti isə vətəndaşın iştirakı olmadan elektron qaydada fəaliyyətini komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirməklə sənədləşdirmə işini həyata keçirəcək. Torpaq sahələrinin plan və ölçüsünün tərtibi, texniki inventarlaşdırma və digər texniki sənədləri hazırlanacaq, kadastr, xəritə materialları və digər sənədlər hazırlanacaq.ELBRUS