Monitorinq aparıldı


Baxıldı : 75

Tarix : 2018-08-31 18:49:18


Metropoliten İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Departamentinin tikinti sahələrində, qrafikə uyğun olaraq, işçilərin məişət şəraitinin monitorinqi aparılıb. Bütövlükdə bu sahədə yaradılan şərait qənaətbəxş hesab edilib. Lakin müəyyən nöqsanlar da aşkara çıxarılıb. Onların bir çoxu yerindəcə həllini tapıb.

Digər nöqsanlar barədə akt tərtib olunub. Və müdiriyyətə təqdim olunub. Aktlarda göstərilən çatışmazlıqların həllinin icrası nəzarətə götürülüb.