Ömrü uzadan dərman


Baxıldı : 298

Tarix : 2015-01-24 05:59:00


Rusiyalı alimlər hazırladıqları bir dərmanın hesabına insanların 120 yaşadək yaşamasının mümkün olduğunu açıqlayıblar. Moskva Dövlət Universitetindən doktor Maksim Skulaçev və heyəti yeni bir antioksidant növündən istifadə edərək hazırladıqları həb sayəsində insan ömrünün uzanacağını iddia edib. Alimlər bildiriblər ki, bu antioksidantın əsas vəzifəsi bioloji enerjinin təmin edilməsi, infarkt və \ Alsheymer\ (yaddaşsızlıq) xəstəliyi ilə bağlı mikroelementlərə müsbət təsir göstərməkdir. Qocalma müddətini yavaşlatdığı iddia edilən bu formul siçanlar, balıqlar və itlər üzərində də sınaqdan keçirilib. Skulaçev deyib ki, formul sayəsində heyvanlarda yaşlılıqla bağlı bir çox xəstəlik çox yavaş ortaya çıxır. Alim deyib ki, başqa araşdırmalar da müsbət nəticə verərsə, \ yaşlılıq təxirə salınacaq\ . CAVİD