İmtahanların vaxtı açıqlandı


Baxıldı : 326

Tarix : 2015-01-24 05:30:00


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların və tədbirlərin, eləcə də bakalavr səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini açıqlayıb.İmtahanların plan-qrafiki TQDK-nın saytında yerləşdirilib.Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 3-12 fevral tarixlərində aparılacaq. Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də keçiriləcək. Proqram seçimi 1-10 aprel, qəbul imtahanının 2-ci mərhələsi isə aprelin 26-da reallaşacaq. 7-12 may tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 22-28 iyun tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə isə ərizə qəbulu 16-23 fevral tarixlərində aparılacaq. Qəbul imtahanının 1-ci mərhələsi martın 15-də, ikinci mərhələsi isə iyulun 7-də keçiriləcək. Rezidentura üzrə ixtisaslaşma seçimi 10-14 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 21-24 iyul tarixlərində həyata keçiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 5, 12, 19-da və mayın 3-də reallaşacaq.Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki elan ediləcək.A.MUSTAFAYEV