İmtiyazlar üzərində əmək mübahisələri


Baxıldı : 221

Tarix : 2015-02-21 04:40:00


\ Canadian Pacific Railway\ Şirkətinin üç minə yaxın lokomotiv maşinisti və mühəndisi imtiyazlar üzərində əmək mübahisələri ilə əlaqədar tətilə çıxıb.Rəhbərlik aksiyaya baxmayaraq, şirkətin iş qabiliyyətinin toxunulmaz qalacağını bildirsə də, tətil Şimali Amerikanın ən böyük istehsal sahələri olan neft hasilatı, kağız istehsalı və ağac emalı, kənd təsərrüfatı və maşınqayırma sənayesinə təsirsiz ötüşməyəcək.\ Biz üzvlərimizin təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi ilə iş şəraitinin yaxşılaşdırılması yönündə müvafiq tədbirlər planının həyata keçirilməsini, fasilələrin artırılmasını və iş qrafikinin digər xüsusiyyətlərinin tənzimlənməsini tələb edirik\ , - deyə \ Canadian Pacific Railway\ ın həmkarlar ittifaqının bəyanatında bildirilir.Rəhbərlik həmkarlar ittifaqının verdiyi bəyanatın müzakirə olunacağını və ortaq qərarların qəbul ediləcəyini bildirib.Elçin ZAKİRİ