Muds\ respublika banklarından narazıdır


Baxıldı : 179

Tarix : 2016-01-16 04:49:00


\ Muds\ beynəlxalq reytinq agentliyi Avropanın bank sektoru ilə bağlı təhlillərində respublikamızın depozit bazarına diqqət ayıraraq Azərbaycanın bank sisteminin 2015-ci ildə maliyyə göstəricilərinin pisləşdiyini, bir sıra bankların zərərinin artmasını bildirir. Bank ekspertlərinin fikrincə, kommersiya banklarının depozit qoyuluşlarına görə, çox əlverişli olan mövqeyi son 2 ildə xeyli zəifləyib. Əhalinin banklara yerləşdirdiyi əmanətlərin azalmasının hiss olunduğunu qeyd edib. \ Muds\ bu faktorun Azərbaycan banklarının kapitallaşmasına pis təsir göstərdiyi qənaətindədir. Agentliyin ekspertlərinin qənaətinə görə, bank sistemində maliyyə ehtiyatlanması və kapitallaşma siyasətinin davam etdirilməsi, likvidlik göstəricilərinin artırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, risk potensialının artırılması ilə bağlı siyasətin həyata keçirilməsinə ehtiyac var. Əvvəlki illərdə uçot dərəcələrinin aşağı salınmasını, manatın məzənnəsinin sabit səviyyədə saxlanmasına yönəlmiş siyasətin davam etdirməsini yaxşı qiymətləndirsə də, son ildə bu amillərin rolunun azaldığını və bankların fəaliyyətinə mənfi təsir göstərdiyini bəyan edir. Bu faktor Azərbaycan banklarının aktivlərinin keyfiyyətinə və likvidliyinə bundan sonra daha ağır təsir edə bilər. Bankların gəlirliliyinin azalması, divident əldə etmək imkanlarının məhdudlaşması onların iqtisadiyyata kredit qoyuluşlarında payının da azalmasına gətirib çıxaracaq. ELBRUS