Müəllimlər  arasında voleybol yarışı


Baxıldı : 44

Tarix : 2019-11-29 18:50:00


Noyabrın 16-20-də Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə  17 Noyabr -Milli Dirçəliş Günü münasibətilə təhsil müəssisələrinin müəllimləri arasında voleybol yarışı keçirilib.  Əsasnaməyə uyğun təşkil edilən və Voleybol Federasiyasının  yerli hakimləri tərəfindən idarə olunan yarışda 25 məktəbin komandası iştirak edib. Yarışın nəticəsinə görə, I yerə Şəki şəhər 20 saylı tam orta məktəbin, II yerə Şəki Dövlət Regional Kollecin, III yerə Qoxmuq kənd tam orta məktəbin və IV yerə Şəki şəhər 8 saylı tam orta məktəbin komandaları layiq görülüb.

Qalib komandalar TİAHİ Şəki Rayon Komitəsinin Fəxri Fərmanı, kubok və hədiyyələri ilə mükafatlandırılıblar.