Müəllimlər fərqləniblər


Baxıldı : 126

Tarix : 2017-04-21 23:27:22


Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına uyğun olaraq Salyan  rayonunda ümumtəhsil müəssisələrinin müəllimləri   arasında   1-10 aprel tarixində şahmat  yarışının I mərhələsi keçirilib.

Şahmat məktəbində baş tutan rayon turunun  nəticələrinə əsasən, Salyan rayon Dayıkənd kənd tam orta məktəbin  müəllimi Fuad Kazımov  birinci yeri tutub.  Şəhər 6 saylı tam orta məktəbin müəllimi Murad Feyziyev II, Şorsulu kənd tam orta məktəbin müəllimi Dinar Eyvazov isə III olub. 

TİAHİ Salyan RK-nın sədri Yaqut Ələsgərova  onları  təbrik edib, qaliblər Fəxri  Fərman  və   pul mükafatı  ilə  təltif olunublar.

 

Azər Mustafayev