Müharibə veteranına sanatoriyaya yollayış verilib


Baxıldı : 35

Tarix : 2019-06-07 09:54:59


9 May - Faşizm üzərində Qələbə Gününün 74-cü ildönümü ərəfəsində  Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) 1960-cı illərdə hərbi xidmətdə aldığı xəsarətə görə Böyük Vətən müharibəsi əlillərinə bərabər tutulan, vaxtilə “Nərimanov” elektrik deposunun işçisi olmuş Suliddin Quliyevlə görüş keçirilib.

MİHİ-nin sədri Arif Mərdanov “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun və öz adından səmimi təbriklərini qonağa çatdırıb.

Təbriklərə görə öz dərin minnətdarlığını bildirən Suliddin Quliyev hərbi xidmət illərindən, metropolitendə çalışdığı dövrdən yadda qalan hadisələri xatırlayıb. “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinin daim ona göstərdiyi diqqətə görə də təşəkkürünü bildirib.

MİHİ-nin sədri Arif Mərdanov müharibə veteranının səhhəti, ailə-məişət qayğıları ilə maraqlanıb. Görüşün sonunda müharibə veteranına, öz istəyi nəzərə alınaraq, “Günəşli” sanatoriyasına yollayış təqdim edilib.