Müharibə veteranları ilə görüş


Baxıldı : 711

Tarix : 2020-05-22 06:37:28


II Dünya müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Qazax Rayon Komitəsi, Rayon Mədəniyyət Mərkəzi, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən müharibə veteranları Xanqulu Suleymanov və Hümbət Alıyevlə görüş keçirilmişdir.

Görüş zamanı veteranlara MİHİ Qazax Rayon Komitəsi tərəfindən gül dəstələri və hədiyyələr təqdim edilmişdir. Müharibədə şərəfli döyüş yolu keçmiş veteranlar heç vaxt yaddaşlardan silinməyəcək qanlı-qadalı illərin xatirələrini danışmış, görüşün təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.