Mükafatçılar arasında onlar da var


Baxıldı : 85

Tarix : 2017-06-16 22:03:29


Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən daha bir yarışa yekun vurulub. 23 yaşa qədər gənc cüdoçular arasında baş tutan paytaxt birinciliyində 308 kimano ustası (280 oğlan, 28 qız) qüvvəsini sınayıb.  

Qaliblərə medal, diplom və fəxri fərmanlar təqdim edilib. Mükafatçılar arasında "Atilla" İdman Klubunun yetirmələri də var. Oğlanların yarışında Turxan Hüseynov (-60 kq.) yarımfinala qədər irəliləyib. Yarımfinalda məğlub olsa da, bürünc medal uğrunda yarışda qalib gəlib və üçüncü yerlə kifayətlənməli olub.

Qızların yarışında isə Günel Bəkirzadə (-63 kq.) yarışa uğurla başlayıb, bütün rəqiblərini məğlub edərək finala çıxıb. Final görüşünü də qələbə ilə başa vuran xanım idmançı fəxri kürsünün ilk pilləsinə qalxıb.

Azər MUSTAFAYEV