Mükafatçılar sırasında onlar da var


Baxıldı : 40

Tarix : 2017-11-04 04:20:05


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində keçirilən gənclər  arasında yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyində "Məhsul" İdman Cəmiyyətinin yetirmələri də mükafatçılar sırasına düşməyi bacarıblar. Cəmiyyətin güləşçiləri Rüfət Məmmədov (85 kq.) və Fariz Əbilov (120 kq.) ikinci yeri, Orxan Zeynalov (100 kq.) üçüncü, Adıgözəl Nehmətov isə beşinci yeri tutublar. Məşqçi-müəllimlər İ.Cəfərov və İ.İsgəndərov gələcək turnirlərdə yetirmələrindən daha yaxşı nəticələr gözlədiklərini bildiriblər.

Xatırladaq ki,  yunan-Roma güləşi üzrə yarışlarda isə I-V yerləri tutmuş idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə ediblər.

Qalib idmançılar həmçinin diplom və medallarla da mükafatlandırılıblar.

Azər MUSTAFAYEV