Mükafatlandırılıblar


Baxıldı : 85

Tarix : 2017-06-02 21:38:08


Təhsil, Gənclər və İdman nazirliklərinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və "Gənclik" Tələbə idman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən XIII Respublika Universiadası başa catıb.

Qeyd edək ki, Universiadada 24 ali təhsil müəssisəsinin komandası mübarizə aparıb. 11 idman növü üzrə keçirilən yarışlarda 1030 nəfər tələbə iştirak edib ( 248 nəfər qız, 782 nəfər oğlan).

Ümumkomanda hesabında fərqlənən və yekun nəticəyə görə qalib gələn ali təhsil ocaqlarına mükafatlar verilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təmsilçiləri birinci yeri tutublar. Azərbaycan Texniki  Universiteti ikinci, Azərbaycan   Dövlət İqtisad  Universitetinin komandası isə üçüncü sırada qərarlaşıb. Qalib komandalar kubok və diplomlarla təltif olunub.

Azər MUSTAFAYEV