Mükafatlandırma mərasimi olub


Baxıldı : 86

Tarix : 2017-06-09 20:34:18


Fizika İnstitutunda X sinif şagirdləri arasında keçirilmiş "IV Fizika Olimpiadası"nın və ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) "IV Futbol Çempionatı"nın qaliblərinin mükafatlandırma mərasimi olub.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, akademik Nazim Məmmədov həm Olimpiada qaliblərini, həm də futbolçuları təbrik edib.

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova Fizika İnstitutunun komandasının ənənəvi olaraq aprel-may aylarında keçirilən futbol çempionatında ikinci dəfə qalib olduğunu deyib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova  mayın 6-da məktəblilər arasında keçirilmiş IV Fizika Olimpiadası haqqında məlumat verib.

Sonda Olimpiadanın qaliblərinə diplom və medallar, futbolçulara xatirə şəkilləri və pul mükafatları təqdim olunub.

Azər MUSTAFAYEV