Mükafatsız qalan olmadı


Baxıldı : 57

Tarix : 2017-12-27 19:09:10


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin təşkilatçılığı ilə "Gənclərin dünyaya baxışı" adı altında yarış keçirilmişdir. Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin qatıldığı bu təfəkkür yarışı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuşdu. Tədbirin rəsmi hissəsini giriş sözü ilə Hİ rayon komitəsinin sədri Zümrüd Rzayeva açdı. O, əlamətdar günün tarixi və sonrakı illərdə daşıdığı əhəmiyyəti barədə geniş məlumat verdi. Dedi ki, həmin gün xalqımızı ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideyası ətrafında birləşdirdi. İndi dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız özünü Azərbaycan dövlətinin layiqli təmsilçisi kimi aparır. Dövlətimizin mənafeyini, siyasətini şərəflə qoruyur və həyata keçirir.

Rayon komitəsinin gənclərlə iş komissiyasının sədri Orxan Rəfiyev komanda üzvlərini yarışın şərtləri ilə tanış etdi.

Sonra meydan yarış iştirakçılarına verildi. Gərgin keçən yarışda 166 nömrəli tam orta məktəbin kollektivi bütün rəqiblərindən güclü oldu. Müvafiq olaraq ikinci yerə 139 nömrəli tam orta məktəbin, üçüncü yerə isə 233 nömrəli tam orta məktəbin təmsilçiləri çıxdılar. Qalib komandalar kubok və medallarla, digər iştirakçı məktəblərin komandaları isə rayon komitəsinin Fəxri Fərmanı ilə mükafatlandırıldılar.