Müəllimlər arasında idman yarışları


Baxıldı : 96

Tarix : 2018-04-14 01:28:24


Paytaxt məktəblərinin müəllimləri arasında idmanın voleybol, şahmat, dama, minifutbol və stolüstü tennis  növləri üzrə yarışlar keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin  birgə təşkilatçılığı ilə keçirilən yarışların əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğindən ibarətdir. Eyni zamanda 2018-ci ilin iyul ayında Bolqarıstanda müəllimlərin VII beynəlxalq idman yarışlarında iştirak edəcək komandaların müəyyən edilməsi də bu yarışların hədəfləri sırasındadır.

Yarışlar iki mərhələdən ibarətdir. Bakı şəhərinin rayonlarında ümumi təhsil müəssisələrinin komandaları arasında keçirilən I mərhələ aprelin 10-da başa çatıb. I mərhələdə hər rayon üzrə qalib gələn komandalar 15-25 aprel tarixlərində keçiriləcək II mərhələdə iştirak etmək hüququ qazanıblar. Yarışların II mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarından ibarət komandaların da təmsil olunması nəzərdə tutulur.

Azər MUSTAFAYEV