Baxıldı : 116
Tarix : 2018-11-23 21:16:27
Noyabrın 12-16-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə Şəki Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin idman zalında rayonun təhsil müəssisələrində çalışan müəllim və texniki işçilərdən ibarət komandalar arasında voleybol yarışları keçirilib. Yarışlar 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təşkil olunub.
12 komandanın iştirak etdiyi yarışın yekununda Şəki şəhər 20 №-li tam orta məktəbi I yeri, Şəki Dövlət Regional Kollecinin komandası II yeri, Qoxmuq kənd tam orta məktəbinin komandası III yeri tutub. Şəhər 3 №-li və 7 №-li tam orta məktəbləri isə həvəsləndirici mükafata layiq görülüb.
Qalib komandalar TİAHİ Şəki Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıblar.