Müqəddəs bayramda aztəminatlı ailələr sevindirildi


Baxıldı : 69

Tarix : 2017-09-08 18:27:13


Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Məmməd müqəddəs Qurban bayramında xeyirxah təşəbbüs irəli sürdü. Onun müraciəti əsasında ölkəmizdən kənarda yaşayan bir qrup imkanlı azərbaycanlı vəsait toplayaraq  çox sayda qurbanlıq heyvan aldı. Toplanan 26 min vəsaitə alınan xırda və iribuynuzlu qurbanlıqlar kəsildikdən sonra 2 ton 500 kq. ət verdi. Bu qədər qurbanlıq TAİ-nin, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun əməkdaşlarına, Bakının Yasamal, Səbail, Nəsimi, Xətai, Xəzər, Nizami, Qaradağ rayonlarının aztəminatlı ailələrinə paylandı. Aztəminatlı ailələrin müəyyənləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq rayon şöbələrinin təqdim etdiyi siyahıdan istifadə olundu. Onu da deyək ki, qurbanlıq heyvanların alınması üçün Məmməd müəllim özü də maliyyə dəstəyi göstərdi.

AMEA-nın Ədəbiyyat İnstitutunun Həmkarlar İttifaqı Komitəsi də bu müqəddəs bayram münasibətilə qurban kəsib üzvlərinə paylayıb.

 Bəyalı RZAYEV