Mürgüləmək beynin qavrama gücünü artırır


Baxıldı : 47

Tarix : 2017-12-01 21:07:32


Gün ərzində mürgüləmək beynin yeni informasiyanı qəbul etmək imkanlarını artırır. Amerikalı alimlər araşdırma işi üçün 90 nəfər könüllüdən istifadə edib. Dərketmə sınaqlarında bu adamlar bütün gün ərzində ayıq qalanlardan daha yaxşı nəticələr əldə ediblər.

Araşdırma işi göstərir ki, beyinə yaddaşı süzgəcdən keçirmək üçün qısamüddətli vaxt lazımdır ki, öyrənilən yeni faktları qəbul edə bilsin. Təcrübə zamanı sağlam şəxslərə səhər tezdən çətin tapşırıq verilib. Amma müəyyən müddətdən sonra onların yarısı qısamüddətli yatmağa göndərilib. Sınaq təkrar edilərkən mürgüləmiş şəxslərin tapşırığı daha yaxşı yerinə yetirdiyi məlum olub.

Azər MUSTAFAYEV