Müsabiqələrdə qalib gələn şagirdlər mükafatlandırıldı


Baxıldı : 146

Tarix : 2020-07-19 23:02:03


 

Hər il oduğu kimi, bu il də dərs ilinin sonunda İsmayıllı  rayonunun təhsil müəssisələrində təhsil alan istedadlı şagirdlərin rayon icra hakimiyyəti başçisi Nahid Bağırovla onlayn videokonfrans-müşavirəsi  keçirildi. 

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan videokonfrans-müşavirədə pandemiya dövründə təhsil sahəsində respublikada gedən islahatlardan, yaranmış problemlərdən, qazanılmış uğurlardan, istedadlı gənclərə dövlət qayğısından, bununla bağlı möhtərəm Prezidentin son sərəncamlarından danışıldı. İcra başçısı N.Bağırov, təhsil şöbəsinin müdiri Rövşən Əliyev, RK sədri Hafiz Kərimov rayon şagirdlərini təbrik etdilər və onlara yeni təhsil uğurları arzuladılar.
Fənn olimpiadasının Respublika turunda qalib gəlmiş 9 nəfər, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97- ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat”  onlayn müsabiqəsinin Respublika turunda qalib gəlmiş 1 nəfər, Fövqəladə Hallar Nazirliyinin  keçirdiyi onlayn müsabiqələrdə qalib gəlmiş 3 nəfər, Təhsil Nazirliyinin keçirdiyi çoxsaylı onlayn müsabiqədə qalib gəlmiş 50-dən çox istedadlı şagirdlə onlayn əlaqə yaradıldı, onların fikirləri dinlənildi, ünvanlarına rəhbərlik tərəfindən xoş sözlər söylənildi.
Videokonfrans - müşavirədən sonra  ümumilikdə 60 nəfərdən çox istedadlı şagird təşkilatçı qurumlar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Mükafatlar həmkarlar ittifaqı könüllüləri vasitəsilə ünvanlarına çatdırıldı.
İstedadlı şagirdlərin  yaradıcılıq  potensialının  artırılması və onlara qayğı Rayon Komitəsinin diqqətində olan əsas məsələlərdən biridir. Yay tətili müddətində onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün çoxsaylı onlayn tədbirlər planlaşdırılmışdır.