Ümumi tətil keçirilib


Baxıldı : 220

Tarix : 2015-01-31 04:50:00


Yanvarın 28-də ölkənin üç ən böyük həmkarlar ittifaqı (LO, Unio, YS) ikisaatlıq ümumi tətil keçirib. Aksiya zamanı sərnişin nəqliyyatının, bir çox dövlət və kommersiya təşkilatlarının işi tamamilə dayanıb.Həmkarlar ittifaqları hökumətdən tələb edib ki, işəgötürənlərin müvəqqəti məşğulluq təcrübəsinin genişləndirilməsi planından imtina etsin. Hazırda Norveçdə müvəqqəti işlə məşğul olanlar əhalinin əmək qabiliyyətli hissəsinin 10 faizini təşkil edir. Müqavilələr əsasən mövsümlə əlaqədər olaraq işçilərin işə götürülməsi üçün bağlanır. Təklif olunan dəyişikliklərə görə, hər hansı bir işəgötürən işçi ilə yalnız birillik müqavilə bağlaya bilər, müddət bitdikdən sonra isə həmin işçi ya ştata qəbul olunmalı, ya da işdən azad edilməlidir. Elçin ZAKİRİ