Ümumilikd...


Baxıldı : 390

Tarix : 2015-11-06 04:26:00


Ümumilikdə 46 il iş stajım var. Bunun 41 ilini fasiləsiz Şirvan Operating Company Limited LTD\ şirkətində hazırlıq briqadası ustası vəzifəsində çalışmışam. Mənim vəzifəm 6-7 təmir briqadasını alət və avadanlıqla təmin etmək və boşdayanmaya yol verməmək idi. Çalışdığım ərazi növbəli şəkildə mühafizə olunur, ərazinin girişində və çıxışında mühafizə postları fəaliyyət göstərir. Buna baxmayaraq, 11.04.2014-cü il tarixdə ərazidən istehsalata yararsız olan 89 mm-lik boru elevator korpusu oğurlanmışdır. Belə ki, şirkət mənim əməkhaqqımdan 540 manat tutub. Nəyə görə bu məsələdə mühafizə yox, mən məsuliyyət daşıyıram? Bu nə dərəcədə düzgündür?İdris XURŞUDOV,Şirvan şəhəri.- İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları Əmək Məcəlləsinin 32-ci fəsli ilə tənzimlənir.İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla, maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əməkhaqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əməkhaqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda, o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Universitetin sonuncu kursunda qiyabi təhsil alıram. Ali təhsil almaqla yanaşı, həm də əmək müqaviləsi ilə çalışıram. Təhsil müəssisəsindən arayış gətirməklə hər il məzuniyyətə çıxmışam və əməkhaqqım da ödənilib. Eşitmişəm ki, sonuncu kursda diplom işi və dövlət imtahanları üçün əlavə olaraq məzuniyyət verilir. Bu məzuniyyətlər ayrı-ayrı verilir, ya ikisinə bir məzuniyyət verilir? Həm də məzuniyyətin müddətini bilmək istəyirəm.İsmixan ƏLİYEV,Sumqayıt şəhəri.- İşləməklə ya naşı təhsil alan işçilərə ödənişli təhsil məzuniyyətlərinin verilməsi Əmək Məcəlləsinin 123 və 124-cü maddələrində qeyd edilmişdir.Ödənişli təhsil məzuniyyətləri:a) müvafiq təhsil mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;b) dövlət imtahanlarını vermək üçün;c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün verilir (maddə 123).Qeyd olunan məzuniyyətlərdən təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər ki, bu arayışlar da təhsil proqramları ilə müəyyən edilən dövrlərdə verilir.Sualınızdan məlum olur ki, həmin arayışları təqdim etməklə müvafiq təhsil mövsümünün sessiya və imtahanlarında iştirak etmiş və bu əsasla da Sizə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada müəyyən edilən orta əməkhaqqı ödənilmişdir.Lakin, yuxarıda qeyd etdiyimiz kimi, dövlət imtahanlarını vermək və diplom layihəsini hazırlayıb müdafiə etmək üçün də məzuniyyətin verilməsi müəyyən edilmişdir. Bu məzuniyyətlərdən hər biri öz təyinatına uyğun olaraq həm də ödənişli olaraq verilir. Sizi belə məzuniyyətlərin hər birinin müddəti maraqlandırdığı üçün nəzərinizə çatdırırıq ki, 1. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir (Əmək Məcəlləsi, 124-cü maddənin 4-cü hissəsi);2. Diplom işinin hazırlığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək məzuniyyət verilir (124-cü maddənin 5-ci hissəsi).Siz təhsil müəssisəsindəki təhsil proqramları ilə müəyyən olunan dövrlərdə arayışları almaqla yuxarıda qeyd etdiyimiz ödənişli təhsil məzuniyyətlərinin hər birindən ayrı-ayrılıqda istifadə edə bilərsiniz.2008-ci ildə Bakı 2 saylı Tibb Kollecinin \ Əczaçı\ şöbəsini bitirmişəm. Təhsilim ödənişli olub. Gözlərimdə problem olduğu üçün hərbi xidmətdən azad olunmuşam. 2014-cü ildən III qrup gözdən əlil kimi 43 manat müavinət alıram. Korlar Cəmiyyətinin üzvüyəm.Əlilliyim səbəbindən ixtisasım üzrə işləyə bilmədim və Bakı 1 saylı Tibb Kollecinin Masaj\ fakültəsinə daxil oldum. Bildiyimə görə, gözdən əlillər təhsil haqqından azaddırlar. Kollec rəhbərliyi deyir ki, bu sənin ikinci ixtisasın olduğu üçün pullu təhsildir. Mən gözdən əlil kimi təhsil haqqından azadam, ya yox?Fərhad BAĞIROV,Bakı şəhəri.- Təhsil haqqında\ qanunun 14.8-ci maddəsinə əsasən, təhsil müəssisələrində təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir ki, bu, orta ixtisas təhsilinə də aiddir.Belə ki, \ Orta ixtisas təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi\ nin 1.21. bəndinə əsasən, \ Azərbaycan Respublikasının dövlət orta ixtisas təhsili müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir\ . Siz, məktubunuzdan da göründüyü kimi, birinci orta ixtisas təhsilinizi ödənişli əsaslarla almısınız.Adıçəkilən Qanunun 24-cü maddəsinə əsasən, \ əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daimi dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır\ . Təkrar ali təhsil və orta ixtisas təhsili də əlavə təhsilin bir istiqamətini əhatə edir.Əlavə təhsilin ödənişli əsaslarla həyata keçirilməsi isə Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi\ nin 1.33-cü bəndində göstərilmişdir. Əlavə təhsilin məzmunu, təşkili və bu istiqamət üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi \ Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası\ nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 163 nömrəli qərarına əsasən müəyyənləşdirilir.Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsil almaları onların cəmiyyətə inteqrasiyası, bu qəbildən olanların reabilitasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmələri üçün başqa şəxslərlə bərabər imkanlara malik olmaları, fərdi qabiliyyətləri və maraqlarına uyğun həyat sürmələri üçün qanunvericiliyimiz lazımi şəraitin yaradılmasını təmin edir.\ Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında\ qanun da elə buna təminat verir. Qanunun 19-cu maddəsi Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili\ adlanır ki, burada istedadlı sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində və ya xüsusi məktəbdənkənar təhsil müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququnun olması qeyd edilmişdir. Göründüyü kimi, Sizin ödənişli əsaslarla əlavə olaraq yiyələnmək istədiyiniz Masajçı\ ixtisası bu siyahıda yer almır. Həmin maddədə həm də qeyd olunur ki, \ təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir.I və II qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli əsaslarla ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir\ . Gözdən III qrup əlil olanlar və ya başqa səbəbdən III qrup əlil olanların təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi haqqında isə qanunvericilikdə heç bir müddəa yoxdur.Əkiz uşağım var və öz əvvəlki işimdə çalışıram. Yəni qismən ödənilən sosial məzuniyyətə çıxmamışam. Rəhbərlik mənə uşaqları yedizdirmək üçün 30 dəqiqə fasilə verir. Amma başqa müəssisədə çalışan rəfiqəm deyir ki, onlarla işləyən və əkiz uşağı olan qadına həmin fasilə bir saat verilir. Hansı daha düzgündür? Mənə də bir saat vaxt verilə bilərmi?Sənəm MƏMMƏDOVA,Bakı şəhəri.- Yaşyarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaşyarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır (ƏM. maddə 244).