Müsabiqə qalibləri mükafatlandırılıb


Baxıldı : 170

Tarix : 2018-07-07 00:02:40


Milli Elmlər Akademiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər arasında təşkil etdikləri müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi olmuşdur. Mükafatlandırma mərasimində çıxış edən Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib ki, bu tədbiri keçirməkdə məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaqdır.

 

Müsabiqəyə 46 gənc qatılmışdı. Onlardan 14 nəfəri fərqləndi. Sonra Akif müəllim mükafatları sahiblərinə təqdim etdi. Qalibləri oxucularımıza təqdim edirik.

Ziyarət Paşayeva - Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi (I yer), Elnur Kəlbizadə - Qafqazşünaslıq İnstitutunun aparıcı elmi işçisi (I yer), Səbuhi Nuruyev - Radiasiya Problemləri İnstitutunun mühəndisi (II yer), Mehman Həsənov - Ədəbiyyat İnstitutunun böyük elmi işçisi (II yer), Səmra Mirzəyeva - Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi (III yer), Ülkər Baxşiyeva - Şərqşünaslıq İnstitutunun elmi işçisi (III yer).

Həvəsləndirici mükafatlara isə Günay İsgəndərli - İnformasiya Texnologiyaları İnstitutunun kiçik elmi işçisi, Elmir Babayev - Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işçisi, Züleyxa Eyyubova - Coğrafiya İnstitutunun kiçik elmi işçisi, Nigar Məmmədova - Dendrologiya İnstitutunun kiçik elmi işçisi, Aysel Qəribli - Dilçilik İnstitutunun böyük elmi işçisi, Amal Həsənli - Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, Aytən Səfərova - Mikrobiologiya İnstitutunun baş laborantı və Əfruz Nəsirova - Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi layiq görüldülər.