Musiqiçilərimiz ABŞ-ı fəth etdi


Baxıldı : 242

Tarix : 2016-04-08 04:00:00


ABŞ-ın Texas ştatının Ostin şəhərində 1987-ci ildən etibarən hər il keçirilən \ South by Southwest\ musiqi, film və kütləvi informasiya vasitələri sahələrini əhatə edən festivalda çıxış edən azərbaycanlı musiqiçilər möhtəşəm muğam ifaları təqdim ediblər.Milli Konservatoriyada bakalavr təhsili alan qrupun xanəndə üzvü Aqil Süleymanov hazırda Mədəniyyət və İncəsənət Universitetində magistr üzrə təhsilini davam etdirir. Xalq artistləri Səkinə İsmayılova və Nəzakət Teymurovadan dərs olan gənc milli musiqimizi okeanın o biri tayında layiqincə təmsil edib.62 ölkəni təmsil edən 2266 musiqi qrupu arasında festivalda çıxış etmək üçün yalnız 27 qrup seçilib. Favoritlər arasında ölkəmizi təmsil edən \ Qarabağ ansamblı\ da yer alıb. 4 nəfərdən ibarət ansamblın adı da təsadüfi seçilməyib.Festivalda Azərbaycan musiqisini təmsil edən \ Qarabağ ansamblı\ nın çıxışı əcnəbi auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb. Hətta çıxışlarını bitirən qrup tamaşaçıların xahişi ilə yenidən səhnəyə qayıtmalı olub və daha bir muğam ifası təqdim edib.Festival çərçivəsində \ Qarabağ ansamblı\ nın muğam ifaları Texasın Ostin şəhərində fəaliyyət göstərən radiostansiyalarda da yayımlanıb. Bundan əlavə, \ South by Southwest\ festivalına aid internet səhifələrində qrup haqqında geniş məlumat yerləşdirilib. Hazırda gənclərin əsas yaradıcılıq hədəfi Ostin şəhərində muğam ifalarından ibarət musiqi albomu buraxmaqdır. Aliyə SƏMƏDOVA