Musiqiçilərimiz Fransada çıxış edib


Baxıldı : 213

Tarix : 2016-04-30 05:59:00


Azərbaycan musiqiçiləri Fransanın Lyon şəhərində konsert proqramı ilə çıxış ediblər. Məşhur ud ifaçısı Dhafer Youssefinin dəvətini qəbul edən həmyerlilərimiz \ Musee des Confluences\ zalında səhnəyə çıxıblar. İsfar Sarabski pianoda, Elnur Mikayılov kamançada, Şəhriyar İmanov isə tarda Dhafer Youssefinin kompozisiyalarından ibarət proqramla çıxış ediblər.Qeyd edək ki, 1967-ci ildə anadan olan əslən tunisli Dhafer Youssef bəstəkar, müğənni və musiqiçidir. Hələ gənc yaşlarında cazla məşğul olmağa başlayan Dhafer 6 albomun müəllifidir. O, Uri Keyn, Con Hassel, Omar Sosa kimi dünyaca məşhur musiqiçilərlə birgə fəaliyyət göstərib.Cavid SƏFƏROV