Müştərək müqavilə tələbi ilə aksiya


Baxıldı : 33

Tarix : 2018-06-13 23:10:59


Hindistanda fəaliyyət göstərən “Schinder Electric” şirkətinin işçiləri müştərək müqavilə tələbi ilə aksiya keçirib.

Burada çalışanlar hüquqlarının müdafiəsi, əmək şəraitini yaxşılaşdırmaq, sağlamlıq və sığorta məsələlərini həll etmək üçün bu ilin martın 26-da Parlaq Güc Texnologiyası İşçiləri Həmkarlar İttifaqını yaratdılar. İttifaqın qeydiyyatı üçün bütün sənəd işləri həll edilsə də, şirkət onun fəaliyyətinə problem yaratdı və əməkdaşlığa yanaşmadı. Şirkət tərəfindən ittifaqın üzv  və fəalları təhdidlərə məruz qaldı və 12 işçini bu yöndə mövqeyinə görə yaşadığı yerdən 2800 kilometr uzaqda başqa bir fabrikə transfer etdi.

Çalışanlar önündə yaranan həmkarlar təşkilatının fəaliyyətinə kölgə salmaq, onların bir uğur qazanmasını əngəlləmək üçün addımlar atıldı. İttifaqın işçilərin əmək şəraitinin yaxşılaşdırılması, sığorta probleminin həlli ilə bağlı təklifləri diqqətə alınmadı.

Keçirilən aksiyada çalışanlar adından yazılan  tələblər oxunub.

Məktubda:

- həmkarlar ittifaqı fəallarının təqibedilməsi və iş həyatında yaradılan çətinliklərin aradan qaldırılması;

- işçi transferlərinin ləğv edilməsi;

- əmək şəraitinin  tibbi xidmət və sığorta məsələləri ilə bağlı həmkarlar təşkilatı ilə razılıq əldə olunması və sair kimi maddələr öz əksini tapıb.

Cavid SƏFƏROV