Müştərək müqavilənin imzalanması barədə razılıq əldə olunub


Baxıldı : 29

Tarix : 2018-08-31 18:42:03


“Ryanair” şirkətinin pilotları uzun müddətdir ki, müştərək müqavilənin bağlanması ilə bağlı tətil keçirirdi. Əsasən Avropa ölkələrinin hava nəqliyyatı üzrə həmkarlar təşkilatlarının keçirdiyi tətil və aksiyalar nəticəsində son iki ayda 600 uçuş ləğv edilib, 100 min sərnişinin səyahəti baş tutmayıb.

8 aylıq görüşmələrdən sonra İtaliyanın “ANPAC” həmkarlar təşkilatı ilə şirkət arasında müştərək müqavilə imzalanması barədə razılıq əldə olunub. 300 pilotu əhatə edən anlaşmada çalışanların hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklər yer alıb.

Avqust ayından başlayaraq “Ryanair”  şirkəti həmkarlar təşkilatları ilə ziddiyyətləri aradan qaldırmaq və nəzərdə tutulan tətil və aksiyaları önləmək üçün hərəkətə keçib. İtaliyadan öncə İrlandiya həmkarlar təşkilatı ilə də müştərək müqavilə bağlanılması barədə razılıq əldə olunub. Şirkətin nümayəndəsi Edi Vilson bildirib ki, müştərək müqavilənin imzalanması ilə bağlı İngiltərə, Almaniya, və İspaniyaya dəvət göndərmişik: “Yaxın dövrdə müzakirələrin tərəflər üçün müsbət nəticələnəcəyini ümid edirik. Avqust ayınıda danışıqların müsbət nəticələnməsi şirkətin Avropa Birliyi bazarına verdiyi önəmi əks etdirir.

Qeyd edək ki, pilotların etiraz etdiyi bir digər məsələ də maaşların diferensial hesablanmamasıdır. Belə ki, şirkət İrlandiyaya məxsus olduğundan əməkhaqqı bu ölkənin qanunvericiliyi əsasında hesablanır. İnkişaf etmiş avropa ölkələrindən  olan şirkət çalışanları isə hesablamanı yaşadıqları ölkə qanunvericiliyi əsasında hesablanmasını istəyirlər. Daha öncə “Ryanair” şirkəti bütün pilotlara 20 faizlik əməkhaqqı artımı təklif etsə də, bu qəbul olunmamışdı.

Cavid Səfərov