Ən böyük qum qalası hazırlanıb


Baxıldı : 496

Tarix : 2015-10-30 04:20:00


ABŞ-da dünyanın ən böyük qum qalası hazırlanıb. Onlarla heykəltaraş və memarın üzərində işlədiyi zərif sənət əsəri xarici görünüşü ilə də görənləri valeh edir.Qalanın inşasında 800 tondan çox dəniz qumundan istifadə olunub. Heç bir sement və yapışdırıcı vasitədən istifadə etməyən işçilər, 13 metr hündürlüyündə nəhəng qala ucaltmağa müvəffəq olub. Dünya rekorduna girən nadir sənət əsərinin qürurverici tərəfi isə qardaş Türkiyəyə məxsus Türk Hava Yolları” şirkətinin maliyyə dəstəyi hesabına ərsəyə gəlməsidir.Bundan əvvəl dünyanın qumdan hazırlanan ən böyük qalası braziliyalılara məxsus idi. Mayamidə inşa edilən yeni qum qalası isə Brazilyada rekord vuran tikilidən yarım metr hündürdür. Memar Ted Sibertin rəhbərliyi ilə inşa edilən qala 3 həftə ərzində ziyarətçilərin üzünə açıq olacaq. CAVİD