Ən kreativ idman yarışının qalibi


Baxıldı : 378

Tarix : 2015-02-28 03:25:00


Fevralın 15-də Şahdağ dağ-xizək kurortunda \ Red Bull\ və \ Şahdağ\ Turizm Kompleksinin birgə əməkdaşlığı çərçivəsində \ Red Bull Shakh Carpet\ - ən kreativ idman yarışı keçirilib. Bu yarışda Azərbaycanın təhsil müəssisələrindən yalnız ADNA-nın \ Qavriki\ komandası iştirak edib. Yarışa qatılan 21 komanda arasında ən gənc iştirakçılar olan \ Qavriki\ ən yaxşı tullanmaya görə 1-ci yerə layiq görülüb. Digər iki komanda - \ Tank over\ kostyumların və çıxışın kreativliyinə, \ National heroes\ isə tamaşaçı simpatiyasına görə seçiliblər. \ Gavriki\ nin kapitanı Əli Feyzullayev komandasının bu yarışda böyük mübarizlik göstərdiyini və yarışdan gözəl təəssüratlarla ayrıldığını söylədi. O, ADNA-dan olan komanda üzvləri Heydər Əlizadə, Eldar Süleymanov və Samir Tağızadə ilə birlikdə yarışa böyük həvəslə və gərgin hazırlaşdıqlarını söylədi. Bu müsabiqə \ Xalçaların şahı\ adlanır. Müsabiqənin mahiyyəti maskarad kostyumu geyinmiş iştirakçıların istənilən qurğularla, uzunluğu 80 metr olan kiçik məsafəni qət edərək soyuq su ilə dolu hovuza enməkdən ibarətdir. Ən maraqlısı da odur ki, yarışda istifadə olunan vasitələrdə əsas görünən element xalçadır. Qeyd edək ki, bu yarış sayca ikinci dəfə keçirilib. İştirakçılar qaydalara əsasən, xalçanın köməyi ilə sürüşmək üçün qurğu düzəldiblər. Qurğuya orijinal ad düşünüb və ona uyğun şən kostyumlar hazırlayıblar. \ Qavriki\ çilər dəmir gövdəsi xalçaya bükülmüş xizəkli təyyarə fiqurundan istifadə ediblər. Onlar xizəkli fiquru 80 metr hündürlüyə qaldırandan sonra oradan sürüşərək hovuza tullanıblar. Suyun soyuq olmasına baxmayaraq, komanda heyəti yarışdan böyük bir enerji aldıqlarını dedi. Tədbir ilk dəfə ötən il fevralın 22-də keçirilib.CAVİD