Nəğməkar şairlə görüş


Baxıldı : 294

Tarix : 2015-11-20 04:41:00


Qaradağ rayonundakı 166 saylı məktəb-liseydə müəllim və şagird kollektivinin şair Vahid Əzizlə görüşü keçirilib. Tədbiri məktəb-liseyin direktoru Məhbubə Məhərrəmova açaraq dəvəti qəbul edib gəldiyinə görə şair Vahid Əzizə kollektiv adından minnətdarlığını bildirib.Tədbirdə çıxış edənlər şairin həyat və yaradıcılığından söz açıblar. Qeyd olunub ki, onun yaradıcılığının əsas leytmotivini Vətən, torpaq və məhəbbətlə bağlı lirik şeirlər təşkil edir. Qələmə aldığı şeirlər çox axıcı və rəvan olduğundan, bir çox görkəmli bəstəkarların diqqətini cəlb etmiş və həmin sətirlərə musiqi bəstələnmişdir. Məktəbin ilk HİK sədri Səbinə Həsənova bildirib ki, Vahid Əziz Azərbaycanın sevilən şairlərindəndir. Düşünürəm ki, bu görüş məktəblilərimiz üçün çox əhəmiyyətli oldu.Sonra söz məktəbin şagirdlərinə verilib. Onlar şairin müxtəlif illərdə qələmə aldığı şeirlərindən nümunələr səsləndiriblər. Şairin sözlərinə yazılmış mahnılar ifa edilib. Vahid Əziz bu tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib. Son vaxtlarda yazdığı yeni şeirlərini oxuyub. Sagirdlərin suallarını cavablandırıb. AZƏR