Ən çox pul qazanan mərhumların siyahısı açıqlanıb


Baxıldı : 590

Tarix : 2016-11-23 16:09:22


\ Forbes\ jurnalının müəllifləri, həyatda olmasalar belə, pul qazanmaqda davam edən ən varlı məşhurların siyahısını tərtib edib. Söhbət ulduzların ailələrinin hesabına yatırılan müəllif köçürmələrindən gedir.Siyahıda bu ilin lideri Maykl Cekson olub. 2009-cu ildə vəfat edən pop-musiqisinin kralı 2015-ci ildə 115 milyon dollar qazanıb. Maykl Ceksonun lent yazıları əla satılır, \ Michael Jackson One\ şousu isə hələ də populyarlığını itirməyib. Reytinqdə ikinci yerin sahibi 1977-ci ildə vəfat edən Elvis Preslidir. O, 2015-ci ildə 55 milyon dollar qazana bilib.Ən imkanlı mərhumlar siyahısında ilk üçlüyü karikaturaçı-rəssam Çarlz Şults tamamlayır. Snupi küçüyü və onun sahibi Çarli Braun barədə çəkilən \ Peanuts\ komiksinin müəllifi il ərzində 40 milyon dollar qazanıb. CAVİD