Ən ucuz smartfon


Baxıldı : 245

Tarix : 2015-01-31 05:15:00


Yalnız öz telekommunikasiya avadanlığı ilə deyil, həm də mobil qurğuları ilə tanınan Çinin \ ZTE\ şirkəti yeni \ Blade S6\ smartfonunu elan edib.Cihaz 64 bitlik səkkiznüvəli \ Qualcomm Snapdragon 615\ prosessoru, 2 QB əməli yaddaş və \ Sony IMX214\ ötürücüsünə malik 13 meqapiksellik əsas kamera ilə təchiz edilib.Videozəng və \ selfi\ çəkilişi üçün nəzərdə tutulmuş ön kamerası 5 meqapiksellik matrisdən istifadə edir. Daxili fləş yaddaşın həcmi 16 QB təşkil etdi, \ microSD\ çıxarılıb taxılan kartları ilə artırıla bilər.Telefon 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Aparata \ MiFavor 3.0\ istifadəçi interfeysli \ Android 5.0 Lollipop\ mobil əməliyyat sistemi quraşdırılıb.CAVİD