Növbəti dəfə bütün dünyaya güclü bir mesaj qeyri-standart məşğulluğa son...


Baxıldı : 186

Tarix : 2015-10-09 02:21:00


7 oktyabr \ İndustriALL\ Qlobal Həmkarlar İttifaqlarına daxil olan üzv təşkilatların qeyri-standart məşğulluğa qarşı apardıqları bir sıra milli kampaniyaların kulminasiya nöqtəsi olub. Əksər ölkələrdə həmin təşkilatlar planlaşdırılmış qlobal kampaniya ilə yanaşı, qanunvericiliyin yaxşılaşdırılması uğrunda milli mübarizə aparmışdır.Filippin\ İndustriALL\ a daxil olan həmkarlar ittifaqları 7 oktyabrı \ Qeyri-standart məşğulluğa yox deyək! Hamı üçün daimi iş!\ kampaniyası adı altında qeyd ediblər. Əmək və Məşğulluq Nazirliyinin önündə keçirilən aksiyaya həm daimi iş yeri olan, həm də müvəqqəti çalışan insanlar toplaşıb. Sonra həmkarlar ittifaqlarının 15 nəfərdən ibarət nümayəndə heyəti əmək naziri ilə görüşüb, ona qeyri-standart məşğulluq və bu istiqamətdə aparılan kampaniya haqqında hazırlanmış sənədi təqdim edib.Şri-LankaÜzv təşkilatlar qanunvericiliyə dəyişikliklər edilməsi kampaniyası çərçivəsində mitinq keçiriblər. Məqsəd qeyri-standart məşğulluğun tətbiq imkanlarını məhdudlaşdırmaq olub.KamerunHəmkarlar ittifaqları şirkətlərin əsas və daimi fəaliyyətlərində subpodratçiların istifadəsinin qarşısını almaq üçün xüsusi qaydaların tətbiqi üzərində iş görürlər. Bu kampaniya çərçivəsində onlar oktyabrın 7-də hökumət nümayəndələri və işəgötürənlərin birliyi ilə üçtərəfli görüş təşkil ediblər.BraziliyaBir neçə üzv təşkilatlar və ölkənin digər ictimai qurumlarının iştirakı ilə nümayiş keçirilib. Aksiyada həmkarlar ittifaqlarının səsləndirdikləri tələblər arasında autsorsinq tətbiqinin məhdudlaşdırması xüsusi yer alıb. 2015-ci ilin aprel ayında Braziliya şəhərində Nümayəndələr Palatası autsorsinqın liberallaşmasını dəstəkləyən qanun layihəsini təsdiq edib. Həmin vaxtdan başlayaraq həmkarlar ittifaqları Senatın bu qanun layihəsinin qəbulunun təxirə salınmasına dair fəal kampaniya aparır.KambocaÜzv təşkilatlar oktyabrın 7-də keçirdikləri aksiyanı analığın mühafizəsinə dair kampaniyaya həsr ediblər. Onlar fabrik və ofislər önündə \ Bütün qadınlar üçün analığın qorunması!\ və \ Qeyri-standart məşğulluğa yox deyək!\ şüarlarını səsləndiriblər. Bundan başqa, təhsil dərnəklərində işçilər ilə bu məsələləri müzakirə ediblər.BelçikaHəmkarlar ittifaqları hökumətin cəmiyyətə zidd siyasətinin əleyhinə milli manifest keçiriblər və alternativ təkliflər irəli sürüblər.AlmaniyaIGMetall üzvlərini səfərbər edərək iş və xidmət sahəsində müqavilələrin istifadə edilməsi haqqında qanunvericiliyin pozulmasına qarşı \ Onlar bizi ayırmayacaqlar!\ şüarı altında öz etirazlarını bildiriblər.Qeyd edək ki, Avropanın digər ölkələrində də milli həmkarlar ittifaqları bu günə həsr olunmuş bir sıra tədbirləri uğurla keçiriblər.Elçin ZAKİRİ