Növbəti plenar iclas


Baxıldı : 275

Tarix : 2015-12-19 06:25:00


Dekabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan spiker Oqtay Əsədov gündəliyi elan edib. Gündəlikdən əvvəl cari məsələlərə yer ayrılıb. Sonra isə bir sıra məcəllə və qanunlara dəyişikliklər qəbul edilib. Bunlar Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, \ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi\ ndə, \ Sərhəd qoşunları haqqında\ , \ Notariat haqqında\ , \ Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında\ , \ Azərbaycan Respublikasının dövlət sərhədi haqqında\ , \ Dövlət rüsumu haqqında\ , \ Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında\ , \ Təbii inhisarlar haqqında\ , \ Azərbaycan Respublikasının dövlət sərhədi haqqında\ , \ Xidməti və mülki silah haqqında\ , \ Gömrük tarifi haqqında\ , \ Yerin təki haqqında\ , \ Bələdiyyələrin su təsərrüfatı haqqında\ qanunlarda, o cümlədən Torpaq Məcəlləsində edilən dəyişikliklərdir.Azər MUSTAFAYEV