Növbəti tətil keçirilib


Baxıldı : 203

Tarix : 2015-10-02 06:27:00


İspaniyanın Əndəlüs vilayətində taksi sürücülərinin tətili nəticəsində Malaqa şəhəri iflic olub. Aksiyada iştirak edən 2500 nəqliyyat işçisi taksi xidmətlərinin təqdim edilməsi sektorunun liberallaşdırılmasına qarşı çıxış edib.Tətilə baxmayaraq, sürücülər təcili tibbi yardım məntəqələrinə, hava limanı və dəmiryol stansiyasına gedən insanlara xidmət göstəriblər.Qeyd edək ki, analoji aksiya sentyabrın 11-də Kordova şəhərində baş tutmuşdur və həmin etirazda 1500 taksi sürücüsü iştirak etmişdi.Elçin ZAKİRİ