Növbəti yarış keçirilib


Baxıldı : 259

Tarix : 2015-11-14 00:36:00


\ Gənclik\ Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələri arasında XII Respublika Spartakiadası keçirilir. Spartakiadanın təqvim planına uyğun olaraq voleybol üzrə yarışlarda qızlardan ibarət 7 komanda çempionluq uğrunda mübarizə aparıb. Prinsipial oyun göstərən Bakı Sənaye Pedaqoji Kollecinin tələbələri birinci yeri tutublar. Bakı 2 saylı Baza Tibb Kollecinin voleybolçuları ikinci, Bakı Humanitar Kollecinin voleybolçuları isə üçüncü olub.AZƏR