Ən yaxşı güləşçi


Baxıldı : 277

Tarix : 2015-10-17 00:20:00


Dağıstanın Levaşi rayonunda Rusiyanın ictimai və dövlət xadimi Nurbaqand Qapizovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında I beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Dağıstan, Şimali Osetiya, Çeçenistan, Tacikistan, Abxaziya, Ermənistan və yerli Levaşi rayonunun komandaları mübarizə aparıb. Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamızın heyətində \ Zenit\ İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov (55 kq.) da yer alıb. Komanda xarakterli yarışda güləşçilərimiz Tacikistan, Şimali Osetiya və Levaşi komandaları ilə bir yarımqrupda mübarizə aparıb. Tacikistan yığmasını 7:1, Şimali Osetiya və Levaşi komandalarını 6:2 hesabı ilə məğlub edərək yarımqrupu ilk sırada başa vurub. Finalda digər yarımqrupun qalibi Dağıstan yığması ilə qarşılaşan güləşçilərimiz 6:2 hesabı ilə məğlub olub və turniri ikinci sırada tamamlayaraq gümüş medal qazanıb. Turnirdə xüsusi fəallığı ilə seçilən yığma komandamızın üzvü Əfqan Xaşalov \ ən yaxşı texnikalı güləşçi\ nominasiyasında kubokla təltif edilib. AZƏR