Ən yaxşı idman cəmiyyəti


Baxıldı : 387

Tarix : 2015-01-17 13:28:00


\ Zenit\ İdman Cəmiyyəti olimpnews.az saytının keçirdiyi sorğuda 2014-cü ilin yekunlarına görə \ İlin ən yaxşı idman cəmiyyəti\ nominasiyasına layiq görülmüşdür. Nominasiyanın mükafatı cəmiyyətin sədri Fazil Hadıbəyova təqdim olunmuşdur. Fazil müəllim müxbirimizə bildirmişdir ki, bu nominasiyada cəmiyyətimizin \ ən yaxşı\ adını qazanması təsadüfi deyil. İdmançılarımız ötən il respublika çempionatında, Avropa, dünya miqyaslı yarışlarda uğurla çıxış etmişlər. Vətənə çox sayda medallarla qayıtmışlar.Biz ölkəmizdə idmanın kütləviliyi istiqamətində də az iş görməmişik. Məşqçilərimizin səyi, yüksək peşəkarlığı nəticəsində onlarla gənc idmançı yetişmişdir.\ Zenit\ İdman Cəmiyyətinə növbəti ildə də uğurlu fəaliyyət arzulayırıq.\ ÜLFƏT\