Nəzərdə tutulmuş öhdəliklərə riayət olunmalıdır


Baxıldı : 183

Tarix : 2015-11-27 06:18:00


Noyabrın 27-də Latviyanın Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (LETİHİ) təşəbbüsü ilə müəllimlərin xəbərdarlıq aksiyası keçirilib. Aksiyada 869 məktəbdən 25 minə yaxın pedaqoq iştirak edib. Onların əsas tələbləri əməkhaqlarının artırılması və hökumətdən normativ aktlarda nəzərdə tutulmuş öhdəliklərə riayət olunmasıdır.\ Hökumət təhsil haqqında qanunda qeyd olunmuş normaları yerinə yetirməməklə kobud pozuntulara yol verir. Xüsusilə qanunda Nazirlər Kabineti tərəfindən müəllimlərin əməkhaqlarının artırılmasına və təhsil sisteminin maliyyələşdirməsinə dair illik qrafikin təqdim edilməsi nəzərdə tutulsa da, bu, 2010-cu ildən etibarən beş ildir ki, yerinə yetirilmir. Biz başa düşürük ki, ölkənin iqtisadi vəziyyəti yaxşı deyil, bütün sahələrlə yanaşı təhsilə də ayrılan maliyyə vəsaiti azdır. Hakimiyyətdən yaranmış mürəkkəb situasiyadan çıxış yollarının tapılması üçün atılan addımları görmək istərdik, amma, təəssüf ki, bu istiqamətdə heç bir irəliləyiş olmayıb. Bu səbəbdən bizim xəbərdarlıq aksiyası keçirməkdən başqa yolumuz yox idi\ , - deyə LETİHİ-nin sədri İnqa Vanaqa qeyd edib.Məlumat üçün bildirək ki, latviyalı müəllimlərin sonuncu irimiqyaslı tətili 1999-cu ildə keçirilib. 31 min insanın iştirak etdiyi beşgünlük aksiya nəticəsində etirazçılar əməkhaqlarının 16 faiz artırılmasına nail olmuşdular.Elçin ZAKİRİ